Ronaldo azarkeşləri çox gözlətmədi

17:45 - 29 Noyabr 2013

Ulduz futbolçu zədəsini sağaldıb
 
“Real "ın forvardı Kriştiano Ronaldo zədəsini sağaldıb və ümumi qrupla birlikdə məşqlərə başlayıb. 
 
Sportal.az  xəbər verir ki, Çempionlar Liqasında “Qalatasaray”a (4:1) qarşı oyunu buraxan portuqaliyalı La Liqa-nın 15-ci turunda “Valyadolid”ə qarşı meydana çıxa biləcək.
 
Portuqaliyalı zədəylə bağlı heç bir narahatçılıq hiss etmir. Onun hətta “Qalatasaray”la matçda meydana çıxması mümkün imiş, amma Karlo Ançelotti futbolçunun sağlamlığıyla risk etmə istəməyib.

Xəbər xətti