"Qarabağ"la heç-heçə də pis nəticə deyil"

16:13 - 1 Dekabr 2013

Rəşad Eyyubov:"Əgər mövsümün əvvəlindən bütün ev oyunlarımızı Zaqatalada oynasaydıq, daha çox xal toplaya bilərdik"
 
“Çox sevinirəm ki, nəhayət doğma meydançamızda oynaya bildik, hər iki komandanın timsalında gözəl oyun keçdi. “Qarabağ”la heç-heçə pis nəticə deyil”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Simurq”un hücumçusu Rəşad Eyyubov deyib. 21 yaşlılardan ibarət millinin üzvü Zaqatalada oynamağının üstünlüklərindən də danışıb:
 
“Fikrimcə, azarkeşlər gözəl və maraqlı oyuna şahidlik etdilər,. Baxmayaraq ki, qələbə qazana bilmədik, amma bizim yüz faizlik qol fürsətlərimiz oldu, bu fürsətlərdən yararalana bilmədik bilmədik. Əgər mövsümün əvvəlindən bütün ev oyunlarımızı Zaqatalada oynasaydıq, daha çox xal toplaya bilərdik”.

Xəbər xətti