Aaron Remsi lənəti davam edir: Bu dəfə Pol Uoker öldü FOTO

17:04 - 1 Dekabr 2013

Futbolçunun vurduğu hər qoldan sonra bir məşhur insan ölür
 
"Arsenal"ın gənc futbolçusu Aaron Remsinin vurduğu hər qoldan sonra bir məşhur insanın öldüyü xəbəri haqda hər kəs məlumatlıdı.
 
Sportal.az xəbər verir ki, 2008-ci ildə "Kardiff"dən London klubuna transfer olunan oyunçu 2011-ci ilin mayın 1-də "Mançester Yunayted"in qapısına yol tapandan sonra "Əl-Qaidə"nin lideri Üsamə Bin Laden öldürülmüşdü. 
 
Futbolçu həmin ilin oktyabrın 2-də "Tottenhem"lə görüşdə fərqlənəndən sonra "Apple" şirkətinin sahibi Stiv Cobs ölmüşdü. 
 
Uelsli futbolçu 2011-ci ilin 19 oktyabrında "Marsel"ə qol vurdu və Liviya lideri Qəddafi öldürüldü. Futbolçu 2012-ci ilin fevralında "Sanderlend"ə qol vurandan sonra məşhur müğənni Uitni Hyuston ölüb. 
 
Nəhayət, Remsi dünən "Kardiff"lə Premyer Liqa matçında fərqləndi, "Forsaj" filminin baş qəhrəmanı Pol Uoker avtomobil qəzasında dünyasını dəyişdi.
 

Xəbər xətti