Messi "Barselona"da üsyan qaldırdı: "Maaşımı artırın"

23:36 - 1 Dekabr 2013

Ulduz futbolçu komandasından ayrıla bilər
 
Lionel Messi “Barselona”da maaşının artırılması üçün səylərini davam etdirir.
 
Sportal.az xəbər verir ki, argentinalı futbolçu və onun meneceri “Mançester Siti”, “Çelsi” və “Monako”dan gələn təklifləri klub rəhbərliyinin diqqətinə çatdırıb. Bildirilib ki, məhz bu təkliflər səbəbindən “Barselona” Messiyə güzəştə gedib onun gəlirini artırmalıdır, əks halda futbolçu adları çəkilən klubların təkliflərinə ciddi şəkildə baxa bilər.
 
 
Xatırladaq ki, Messi bu ilin fevralında “Barselona” ilə müqavilənin müddətini 2018-ci ilə kimi uzadıb. Müqaviləyə əsasən, argentinalı vergiləri çıxmaqla, 11 milyon avro qazanır.
 
Hazırkı gəlirinin artırılmayacağı halda Messinin bu mövsümün sonunda “Barselona”nı tərk edəcəyi iddia olunur.

Xəbər xətti