Kamanan: "Kimin qol vurmasının elə də əhəmiyyəti yoxdur"

12:28 - 2 Dekabr 2013

XV tur futbolçu üçün əlamətdar olub
 
Azərbaycan Premyer Liqasının XV turu “Qəbələ”nin hücumçusu Yannik Kamanan üçün əlamətdar olub. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uzun müddətdir qol vura bilməyən legioner uğursuz seriyasını “Rəvan”la səfər matçında qırıb. 
 
Komandasının 1:0 hesablı qələbəsini təmin edən Yannik 102 gündən sonra qol sevinci yaşayıb. Kamanan sonuncu dəfə III turun avqustun 19-da “Sumqayıt”la səfər görüşündə fərqlənmişdi. Matçdan sonra fikirlərini açıqlayan hücumçu komandanın qələbəsinin daha vacib olduğunu söyləyib:
 
"Qələbəyə görə sevincliyik. Çox vacib 3 xal qazandıq. Önəmli olan komandamın qələbə qazanması idi. Bunun öhdəsindən gəldik. Kimin qol vurmasının elə də əhəmiyyəti yoxdur".
 
Ümumilikdə “Qəbələ”nin heyətində 17-ci qolunu vuran hücumçu klub tarixində ən çox topun müəllifi olan 4-cü futbolçudur: Rövşən Əhmədov – 20, Viktor Mendi – 18, Kənan Kərimov – 18, Yannik Kamanan – 17, Luis Hilario – 16. Qollarından 16-nı çempionat oyunlarında vuran Kamanan komandanın Premyer Liqadakı 2-ci bombardiridir. O yalnız Viktor Mendidən geri qalır: Viktor Mendi – 17, Yannik Kamanan – 16, Deon Barton – 15, Luis Hilario – 14.

Xəbər xətti