Əyalət təmsilçisi bu gün Qəbələ yola düşüb
Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qəbələ"nin qonağı olacaq "Simurq" bu görüş öncəsi Zaqatalada sonuncu məşqinə çıxıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki saatlıq hazırlıq prosessi qaçış və isinmə hərəkətləri ilə başlayıb.
Qısa və uzun ötürmələrdən ibarət təmrinlər yerinə yetirildikdən sonra isə məşqçilər korpusu yetirmələrini iki qrupa bölüb. Kubok matçında əsas heyətdə forma geyinmiş futbolçular "kvadrat" oynadıqdan sonra hazırlığı tamamlayaraq istirahətə çəkilib. Digərləri isə taktiki tapşırıqları yerinə yetirib, ikitərəfli oyundan sonra isə qapıya zərbələr məşq edilib.
Rəqiblərin 20-ci dueli ərəfəsində "Simurq"un ev sahibindən az da olsa, üstünlüyü var. Son beş oyunda komanda "Qəbələ"yə məğlub olmayıb. Ancaq buna baxmayaraq, cari mövsümdə cempionluğa ən iddialı komandalardan biridi və hazırda turnir cədvəlində liderdən iki xal geri qalir.
"Simurq" bu gün səhər saatlarında Qəbələyə yola düşəcək və son məşqini qarşılaşmanın oynanılacağı meydançada edəcək.
Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu dekabrın 8-də, saat 14:00-da start görürəcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanın baş hakimi isə Rəhim Həsənov olacaq.
saytlarin hazirlanmasi