"Mən ağdamlıyam, "Qarabağ"da da qalacam"

15:31 - 12 Dekabr 2013

Vüqar Nadirov:"Əsas odur ki, komanda qalib gəlsin"
 
Millimizin üzvü Vüqar Nadirov "Qarabağ"ın əsas heyətinə düşməkdə çətinlik çəkir. 
 
Hücumçu oynamamasına baxmayaraq komandasından ayrılmayacağını Sportal.az-a açıqlamasında bildirib:
 
"Biz də əsas heyəti baş məşqçi təyin edir. Mənimçün mən oynadım və ya başqası oynadı, heç bir fərqi yoxdur, əsas odur ki, komanda qalib gəlsin. Hamımız komanda üçün çalışırıq. Mən ağdamlıyam, "Qarabağ"da da qalacam"

Xəbər xətti