"Simurq" AZAL-la oyuna hazırdı FOTOLAR

13:15 - 14 Dekabr 2013

Oyun Zaqatalada baş tutacaq
 
Cari mövsümdə Azərbaycan Premyer Liqasında məlum səbəblərdən ikinci dəfə doğma arenasında meydana çıxacaq "Simurq", növbəti görüşün hazırlıqlarını tamamlayaraq istirahətə çəkilib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "AZAL"ı qonaq edəcək Zaqatala təmsilçisi oyunöncəsi son məşqi bir saatdan artıq davam edib və əsasən toplu çalışmalardan ibarət olub. Hazırlıq prossesində yalnız "təyyarəçilər"lə görüşdə sarı vərəqə limitini keçdiyinə görə forma geyinə bilməyəcək Nicat Qurbanov iştirak etməyib.
 
 
Rəqiblərin son dörd dueli heç-heçə bitsədə, bu görüş öncəsi qonaq komandanın "Simurq" üzərində statistik rəqəmlər baxımından üstünlüyü var. Buna qədər 19 dəfə üz-üzə gələn kollektivlərin qarşılaşmasında 8 dəfə paytaxt təmsilçisi, 3 dəfə isə "Simurq" qalib gəlib. Yerdə qalan oyunlarda isə heç-heçə qeydə alınıb. Top fərqindədə "AZAL" 26:16 öndədir.   
 
Qeyd edək ki, "Simurq"-"AZAL" oyunu saat 17:00-da start götürəcək. "SimurqTV" vasitəsilə canlı yayımlanacaq görüşü Ramil Diniyev idarə edəcək. 
 

Xəbər xətti