Çixradze:"Azarkeşlərə minnətdaram"
	 
	"Simurq"un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşdıqları AZAL-la oyunu şərh edib. 
	 
	Sportal.az xəbər verir ki, zaqatalalıların çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
	 
	“Yaxşı oyun göstərdik. AZAL-la oyunlarımız həmişə çətin keçib. Qalib gəlib, turnir cədvəlində irəliləməli idik. Bunu bacardıq. Komandaya təşəkkürümü bildirirəm. Soyuq havada sonadək bizi dəstəklədikləri üçün azarkeşlərə minnətdaram”.
                      
saytlarin hazirlanmasi