Syomin:"Neftçi" və "Qarabağ"a məğlub olmuşuqsa, onlardan zəifik"

20:53 - 15 Dekabr 2013

"Hakimin son dəqiqələrdə təyin etdiyi cərimə zərbəsi mənim üçün aydın olmadı"
 
Bu gün Premyer Liqanın 17-ci turunda "Qəbələ" səfərdə "Neftçi"yə 2:1 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, matçdan sonra "Qəbələ"nin baş məşqçisi oyun haqqında bunları dilə gətirib:
 
“Çox maraqlı, qol epizodları ilə bol oyun oldu. Futbolçularıma iradım yoxdur, səhvləri nəzər almasaq, ümumilikdə yaxşı oynadıq. Hakimin son dəqiqələrdə təyin etdiyi cərimə zərbəsi mənim üçün aydın olmadı. Hakimlərin bəzi qərarları qəribə görünürdü. Qalib gələn komanda qələbəyə layiqdir. Oyun gərgin keçdiyi üçün 90 dəqiqə ayaq üstə idim. Həm “Neftçi”yə, həm də “Qarabağ”a məğlub olmuşuqsa, demək onlardan zəifik”. 

Xəbər xətti