"Müayinədən sonra onu əməliyyat üçün vətəni Braziliyaya yola saldıq"

14:36 - 18 Dekabr 2013

Dieqo Koşta Silva əməliyyat olunacaq
 
Ötən həftə məşq zamanı zədələnən "Qəbələ"nin braziliyalı qapıçısı Dieqo Koşta Silva əməliyyat olunacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə açıqlama verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov qolkiperin dizində mensk yırtığı əmələ gəldiyini bildirib:
 
"Dieqo ötən həftə məşqdə zədələndi. Müayinə zamanı dizində mensk yırtığı olduğu müəyyənləşdi. Müayinədən sonra onu əməliyyat üçün vətəni Braziliyaya yola saldıq. Dieqonun yanvar ayının ortalarında məşqlərə qatılması gözlənilir."

Xəbər xətti