Komanda sabah növbəti matçına çıxacaq
	 
	“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası Braziliyada qatıldığı turnirdə ikinci oyununu keçirib. 
	 
	Sportal.az xəbər verir ki, təmsilçimiz bu dəfə “Palmeyras”a uduzub. Braziliya klubu “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.
	 
	İlk turda daha bir Braziliya klubu olan “Laranya Mexanika”ya uduzan təmsilçimiz növbəti matçına sabah çıxacaq. Budəfəki rəqib isə Misirin “Əl-Əhli” klubu olacaq.
                      
saytlarin hazirlanmasi