Yuri Syominin yetirmələri son 9 turda 19 xal qazanıb
Azərbaycan Premyer Liqasında 2-ci dövrə başa çatıb.
Sportal.az xəbər verir ki, 18-ci turdan sonra mövsümü yarılayan klublar qış fasiləsinə yollanıb.
10-18-ci turları əhatə edən 2-ci dövrənin ən yaxşı komandası isə “Qəbələ” olub. Yuri Syominin yetirmələri son 9 turda 19 xal qazanıb.
Zaqatala təmsilçisi “Qarabağ”ı 1, “İnter”i 2 xal qabaqlayıb. “Neftçi” isə dövrənin 4-cüsü olub.
saytlarin hazirlanmasi