Millimizin futbolçusu oynadı, komandası darmadağın oldu

00:34 - 22 Dekabr 2013

Subaşiç də komandasına kömək edə bilmədi
 
Türkiyə PTT Birinci Liqasında 18-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da növbəti matçına çıxıb.
 
Ordu təmsilçisi səfərdə “Ankaraspor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma futbolçumuzun komandasının darmadağını ilə başa çatıb.
 
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. O, bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
 
 
Türkiyə PTT Birinci Liqası
18-ci tur
21 dekabr
 
Ankaraspor - Orduspor 4:0

Xəbər xətti