"Barsa"nın futbolçusu italyan klubuna "hə" dedi

18:21 - 25 Dekabr 2013

Maskerano komandadan ayrılır
 
“Napoli” rəhbərliyi uzun müddətdir maraqlandığı Xavyer Maskeranodan “hə” cavabını ala bilib.
 
Sportal.az xəbər verir ki, “Barselona”nın argentinalı futbolçusu karyerasını İtaliyada davam etdirməyə razılıq verib. Ancaq Maskerano “Napoli”yə indi yox, yayda keçməyi planlaşdırır. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. İtaliya mətbuatının yazdığına görə, tərəflər müqavilənin maliyyə tərəfi ilə bağlı da razılığa gəlsələr, Maskeranonun “Napoli”yə keçidi üçün heç bir problem qalmayacaq. 

Xəbər xətti