"Sarı-qaralar"ın qış planı məlumoldu
	 
	"Simurq" klubu qış təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq.
	 
	Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda qardaş ölkəyə yanvarın 8-də yola düşəcək və ilk məşqinə də elə həmin gün çıxacaq. Antalyananın Side bölgəsində yerləşən "Sueno" otelindən məskunlaşacaq Zaqatala təmsilçisinin burada dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutulub. Yanvarın 26-da isə Georgi Çixradzenin komandası ölkəyə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək.
	 
	 
	Qeyd edək ki, qış təlim-məşq toplanışı çərçivəsində "Simurq"un keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri və tarix dəqiqləşəndən sonra əlavə məlumat veriləcək.
                      
saytlarin hazirlanmasi