Nenad Kiso:"Bəli, komandadan ayrılmışam"
	 
	"Simurq"un yarımmüdafiəçisi nenad Kiso "Simurq"dan ayrılıb.
	 
	Bu barədə futbolçunun özü Sportal.az-a açıqlamasında bildirib:
	 
	"Bəli, müqaviləm başa çatdığı üçün komandadan ayrılmışam. Müqaviləmin niyə uzadılmaması haqqında sualları klub rəhbərliyinə versəniz, daha yaxşı olar. Hal-hazırda klubla danışıqlar gedir. Əgər razılaşsaq, komandaya qayıda bilərəm. Yəqin ki,  bunun cavabı 20 gündən sonra bilinəcək".
                      
saytlarin hazirlanmasi