"Ürəyim daim "Qəbələ" ilə olacaq
"Qəbələ" İK Futbol Akademiyasının məşqçisi Recep Yazıcı ilə yollarını ayırıb. 2009-cu ilin avqust ayından klubuda çalışan türkiyəli mütəxəssislə başa çatan müqaviləsin müddəti qarşılıqlı razılıqla uzadılmayıb.
Sportal.az xəbər verir ki, 4 ildən çox müddətdə akademiyada çalışan Recep Yazıcı klubun rəsmi saytına açıqlamasında aşağıdakıları deyib:
"5 ilə yaxındı çalışdığım klubdan böyük qürurla ayrılıram. Qəbələdə çalışmaq - akademiyanın inkişafında rol oynamaq, Azərbaycan gəncliyinə xidmət etmək karyeramda dərin izlər buraxdı. Amma mən buradan ruhən ayrılmamışam, daim ürəyim yetirmələrimizin yanında olacaq.
"Qəbələ" Futbol Akademiyasının bundan sonra da yalnız irəliyə doğru gedəcəyinə və Avropanın seçilən akademiyalarından birinə çevriləcəyinə heç şübhəm yoxdur. Sonda birlikdə çalışdığımız bütün heyət üzvlərinə, sevimli futbolçularıma uğurlar arzulayır, onlara öz təşəkkürümü bildirirəm".
14 yaş və aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışmış R.Yazıcı hazırda Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən bir çox futbolçunun yetişməsində əvəzsiz rol oynayıb.
saytlarin hazirlanmasi