"Simurq" vitse-kapitanı ilə müqavilə uzatdı

22:20 - 29 Dekabr 2013

"Simurq"la daha böyük uğurlar qazanmaq istəyirəm"
 
"Simurq" İlkin Qırtımovla müqaviləsinin müddətini artırıb.
 
Sportal.az xəbər verir ki, Zaqatala futbol məktəbinin yetirməsi daha iki il "Simurq"un uğurları üçün çalışacaq. Vitse-kapitan yeni müqaviləyə qol çəkdikdən sonra fikirlərini klubun rəsmi saytına bildirib:
"Yenidən doğma komandamda qaldığım üçün çox sevinirəm. Bir neçə təkliflərim var idi. Ancaq mənə futbolun sirrlərini öyrədən komandanı seçdim. Klub prezidenti və məşqçilərimdə çox sağ olsunlar ki, məni komandada saxlamağa çalışdılar və yeni müqavilə təklif etdilər. Allahın köməkliyi ilə "Simurq"la daha böyük uğurlar qazanmaq istəyirəm." 
 
 
Qeyd edək ki, gənc müdafiəçinin xidmətində "Qəbələ", "İnter" və "Xəzər Lənkəran" klubları maraqlı idilər. 

Xəbər xətti