Syominin yetirmələrinin son rəqibi müəyyənləşdi
"Qəbələ"nin Türkiyə toplanışı zamanı qarşılaşacağı rəqiblərdən daha biri müəyyənləşib.
Sportal.az xəbər verir ki, Yuri Syomin yetirmələrini Qazaxıstanın "Tobol" klubu ilə görüşdə sınayacaq.
Antalyada keçiriləcək oyun yanvarın 13-də baş tutacaq.
Qeyd edək ki, "Qəbələ" Türkiyədə bütövlükdə 7 yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri yerli "Konyaspor" olacaq. Həmin görüş yanvarın 16-da baş tutacaq. Ayın 20-də Qazaxıstanın "Spartak" klubu ilə görüş planlaşdırılır. Yanvarın 22-də isə Rusiyanın "Volqa" klubu ilə görüş keçiriləcək.
saytlarin hazirlanmasi