"Qəbələ" futbolçusu ilə rəsmən yollarını ayırdı

00:01 - 4 Yanvar 2014

Tərlan Əhmədov əyalət təmsilçisindən ayrıldı
 
Millimizin gənc üzvü Tərlan Əhmədov 4 il çıxış etdiyi "Qəbələ"dən ayrılıb
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, müqaviləsi başa çatan yarımmüdafiəçi klubla müqavilə yeniləməkdən imtina edib. Hazırda əvəzedicilərin çempionatında bir neçə komanda gənc futbolçunu heyətinə qatmaq istəyir. Futbolçunun Türkiyənin bir neçə klubundan da təklif alıb. Qeyd edək ki, futbolçunun "Qəbələ"dən əvvəlki klubu Ukraynanın "Knyaja" klubu olub. Millinin aşağı yaş qruplarının hamısında forma geyinən futbolçunun yaxın günlərdə qərarını açıqlayacağı gözlənilir.
 
Futbolçu saytımıza açıqlamasında xəbərləri təsdiq edib və sonda "Qəbələ" klubuna xüsusi minnətdarlığını bildirib.

Xəbər xətti