"Qəbələ"nin heyətində iki yeni futbolçu

15:53 - 4 Yanvar 2014

Əyalət təmsilçisi yanvarın 5-i Antalyaya yola düşür
 
“Qəbələ” sabah - yanvarın 5-də günorta saatlarında təlim-məşq məqsədilə Türkiyənin Antalya şəhərinə yollanacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış boyunca Bələk bölgəsində yerləşən "Gloria Sereniti" otelində məskunlaşacaq.  
 
Baş məşqçi Yuri Syomin yanvarın 5-dən 27-dək keçiriləcək hazırlıq prosesinə əvəzedici heyətdən 2 futbolçu cəlb edib. Bunlar müdafiəçi Şirməhəmməd Məmmədov və hücumçu Salman İbrahimovdur. 
 
"Qəbələ" toplanış çərçivəsində yanvarın 10-u, 13-ü, 16-ı, 20-i, 22-i və 25-i tarixlərində ümumilikdə 6 sınaq oyunu keçirəcək. "Qırmızı-qaralar"ın yanvarın 10-u və 25-də qarşılaşacağı kollektivlər dəqiqləşməsə də, digər rəqiblər bəllidir:
 
 
13 yanvar - "Qəbələ" - "Tobol" (Qazaxıstan)
16 yanvar - "Konyaspor" (Türkiyə) - "Qəbələ"
20 yanvar - "Qəbələ" - "Spartak" Semipalatinsk (Qazaxıstan)
22 yanvar - "Qəbələ" - "Volqa" (Rusiya)

Xəbər xətti