Əyalət təmsilçisi yanvarın 25-də Moskva "Tarpedo"su ilə üz-üzə gələcək
Cari mövsümünün hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin toplanış çərçivəsində keçirəcəyi sınaq görüşləri barədə məlumat vermişdik.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, öncədən 4 rəqibi (13 yanvar - "Tobol" Qazaxıstan, 16 yanvar - "Konyaspor" Türkiyə, 20 yanvar - "Spartak" Qazaxıstan, 22 yanvar - "Volqa" Rusiya) müəyyənləşən "Qəbələ"nin daha iki rəqibinin adına aydınlıq gəlib.
Təlim-məşq prosesi çərçivəsində "qırmızı- qaralar" ilk matçda - yanvarın 10-da Türkiyə təmsilçisi "Maltepespor"la, digər oyunda - yanvarın 25-də isə Moskva "Torpedo"su ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi