AFFA "Qəbələ"nin hədiyyəsini verdi

13:09 - 7 Yanvar 2014

U-17 komandası yanvarın 5-dən - 12-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq
 
U-17 Liqasının 2012/2013-cü il mövsümünün qalibi olan “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası yanvarın 5-dən - 12-dək AFFA-nın hesabına Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.
 
Sportal.az xəbər verir ki, U-17 Liqanın qaliblərinin mükafatlandırılması mərasimində Əsasnaməyə uyğun olaraq, çempion olmuş komandaya qızıl medallar, diplom və kubokla yanaşı, AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat da təqdim olunur.

Xəbər xətti