"Bir daha Çixradze ilə üz-üzə gəlmək istəmirəm"

15:13 - 7 Yanvar 2014

Rövşən Əmiraslanov: "İnter"dən ayrılmağıma çox peşmanam"

 

"Zədəmi sağaldıb komandanın əsas heyətinə qatılmışdım. "İnter"lə də oyuna çıxacağımı gözləyirdim. Lakin Çixradze birdən-birə məni əvəzedici heyətə göndərdi. Bu qərarın səbəbini soruşduqda isə o mənə "bu klub rəhbərliyinin tapşırığıdır" dedi. Düzdü, "Bakı" ilə məğıubiyyətdən sonra bir neçə futbolçu əvəzedici heyətə göndərilmişdi, amma mən o oyunda iştirak etməmişdim."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Simurq"la yollarını ayıran Rövşən Əmiraslanov deyib. Əmiraslanov klub prezidenti Anar Bəkirovla danışdığını və mənə kömək edəcəyəni bildirib:

 

"Daha sonra klub prezidenti Anar Bəkirovla görüşdüm. O, mənə komandaya qayıtmağımı dedi. Mən isə bir daha o məşqçi ilə üz-üzə gəlmək istəmədiyimi bildirdim. May ayına kimi "Simurq"la müqaviləm var. Anar müəllim də mənə klubdan ayrılmağıma mane olmayacağını bildirdi."

 

Əmiraslanov "İnter"dən ayırlmağına peşman olduğunu da fikirlərinə əlavə etdi:

 

"İnter"dən ayrılmağıma çox peşmanam. Gərək elə orada da qalardım. Sxadadze çox güclü məşqçidir. Hətta deyərdim ki, Azərabycana gəlmiş ən güclü çalışdırıcıdır. Premyer Liqa klublarından təkliflər var. Oturub dəyərləndirəcəm. Hansı məsləhətlidisə, futbol həyatımı orada davam etdirəcəm."

Xəbər xətti