"Qəbələ"nin futbolçusu:"Futbol üçün çox darıxmışam"

23:21 - 8 Yanvar 2014

"Amma hələ ki, topsuz məşq edirəm"
 
"Antalya toplanışının başından bəri komanda ilə məşqlərə qatılıram. Amma hələ ki, topsuz məşq edirəm. Həkim və məşqçilərin nəzarəti altında çalışıram. Günün ikinci yarısında əsasən fitnes salonunda məşq edirəm".
 
Sportal.az xəbər verir ki, bu sözləri uzun fasilədən sonra yenidən “Qəbələ” ilə məşqlərə başalayan Rail Məlikov klubun saytına söyləyib. Üç aydan artıq yaşıl meydanlardan uzaq düşən təcrübəli müdafiəçi özünü hazırda fiziki olaraq formada hiss etdiyini söyləyib. Rail futbol üçün darıxdığını deyib:
 
"Fiziki olaraq özümü formada hiss edirəm. Amma toplu çalışmalar üçün əməliyyatın üzərindən ən az 4 ay keçməlidir. Yəqin ki, 10 gün sonra toplu məşqlərə başlayacağam. Futbol üçün çox darıxmışam. İnanıram ki, tez bir zamanda istədiyim formanı yığıb komandama kömək edəcəyəm".

Xəbər xətti