Futbolçumuz Türkiyə klubundan qovuldu

01:28 - 9 Yanvar 2014

Nduka "Tavşanlı Linyitspor"dan ayrıldı
 
Millimizin sabiq üzvü Usim Ndukanın Türkiyə karyerası başa çatıb.
 
Sportal.az xəbər verir ki, futbolçu "Tavşanlı Linyitspor"dan kənarlaşdırılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.  Nduka komandadan getsə də, heyətə düşə bilməyən qapıçı Andrey Popoviç "Tavşanlı Linyitspor"da saxlanılıb.    Onu da qeyd edək ki, bundan əvvəl Fərid Quliyevlə Murad Axundzadə "Kahramanmaraşspor"dan, Arif İsayev isə "Dənizlispor"dan ayrılmışdı.   

Xəbər xətti