"Seltik" üç qolla sevindi
	 
	"Qəbələ"nin 17 yaşlılardan ibarət komandasının Türkiyə toplanışı davam edir. 
	 
	Sportal.az xəbər verir ki, U-17 artıq qardaş ölkədə ikinci sınaq matçına çıxıb.
	 
	"Qəbələ" bu dəfə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıb. Görüş şotlandların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
	 
	Qeyd edək ki, "Qəbələ" bundan öncəki oyununda da Şotlandiyanın digər klubuna - "Hibernian"a 5 cavabsız qolla uduzmuşdu.
                      
saytlarin hazirlanmasi