"Beşiktaş" "Qəbələ"nin təklifini rədd etdi

17:49 - 11 Yanvar 2014

Hər iki komanda eyni oteldə məskunlaşıb
 
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" "Beşiktaş"la yoldaşlıq oyunu keçirmək istəyib, ancaq Superliqa nəhəngi bölgə təmsilçisinin təklifini rədd edib.
 
Sportal.az xəbər verir ki, hər iki komanda hazırda Antalyada "Gloria Sereniti" otelində məskunlaşıb. "Qəbələ" Türkiyədə "Tobol" (Qazaxıstan, 13 yanvar), "Konyaspor" (Türkiyə, 16 yanvar), "Spartak" (Qazaxıstan, 20 yanvar), "Volqa" (Rusiya, 22 yanvar) və "Torpedo" (Moskva, Rusiya, 25 yanvar) klubları ilə yoxlama oyunu keçirəcək.
 
Dünən ilk oyununa çıxan Yuri Syominin komandası "Maltepespor"la (1:1) bərabərə qalıb.

Xəbər xətti