"Simurq" gücünü I Divizion təmsilçiləri ilə sınayacaq

09:32 - 12 Yanvar 2014

İlk rəqib "Karvan"dır
 
Cari mövsümün geridə qalan iki dövrəsinin nəticələrinə əsasən turnir cədvəlində ikinci pilləni tutan və fasiləyə yollanan "Simurq"un əvəzedici komandası Zaqatalada hazırlıqları davam etdirir.
 
Sportal.az xəbər verir ki, Rövşən Babayevin yetirmələri gündə iki məşqlə hazırda əsasən fiziki gücün artırılmasında ibarət tapşırıqları yerinə yetirir.
 
Komanda yanvarın 14-dən yoldaşlıq görüşlərinə start verəcək. Əvəzedicilər Zaqatalada keçirilən təlim-məşq toplanışı çərçivəsində beş yoxlama oyununda gücünü sınaqdan keçirəcək. "Sarı-qaralar"ın ilk rəqibi I divizion təmsilçisi "Karvan" olacaq. 16-da əvəzedicilər "Şəmkir"lə, 18-də "Ağsu"yla, 22-də "Energetik"lə qarşılaşacaq. "Simurq" son yoxlama oyununu isə yanvarın 25-də "Tovuz"la keçirəcək.
 
Qeyd edək ki, "Simurq" həmçinin heyəti gücləndirməyə də çalışır. Baxışa dəvət olunan futbolçuların məşqçilər korpusunun qərarından sonra Zaqatala təmsilçisinin heyətində qalıb-qalmayacağı bilinəcək.

Xəbər xətti