Biri alman, biri rumin
	 
	Xəbər verdiyimiz kimi "Simurq" qış təlim-məşq toplanışı çərçivəsində Antalyada dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə turub. 
	 
	Sportal.az xəbər verir ki,artıq komandanın iki rəqibi məlumdur.
	 
	Georgi Çixradzenin yetirmələri yanvarın 16-da Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubu ilə qarşılaşcaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. 
	 
	Komandanın qardaş ölkədəki ikinci rəqibi isə Rumıniyanın "Vasluy" klubu olacaq. Zaqatala təmsilçisinin bu yoxlama görüşü isə yanvarın 19-da keçiriləcək.   
	 
	Qeyd edək ki, digər iki yoldaşlıq görüşlərindəki rəqibləri və keçirilmə vaxtları haqqında isə yaxın günlərdə ətraflı məlumat veriləcək. 
                      
saytlarin hazirlanmasi