Millimizin qapıçısı:"Qəbələ"yə dönüşüm gözlənilməz oldu"

15:11 - 13 Yanvar 2014

"Qəbələ" mənim üçün doğma klubdur"
 
“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Ruslan Tağızadə və Rafael Santosu rənglərinə bağlayan komandamız bu dəfə qapı xəttini gücləndirib.
 
Sportal.az xəbər verir ki, 2010-2011 və 2012-2013 mövsümünü “Qəbələ”də keçirən, cari mövsümün ilk yarısında isə "Sumqayıt"ın qapısını qoruyan milli komandamızın üzvü Anar Nəzirov “Qəbələ” ilə birillik müqavilə imzalayıb. 
"Qırmızı-qaralar"ın Antalya toplanışına qatılan qolkiper köhnə-yeni komandası və məşq prosesi barədə fikirlərini açıqlayıb. O yenidən "Qəbələ"nin sıralarına döndüyünə görə sevincli olduğunu bildirib:
"Qəbələ" mənim üçün doğma klubdur. Yenidən keçmiş komandama döndüyümə görə sevincliyəm. Düzünü desəm, dönüşüm gözlənilməz oldu. Çalışacağam komandama yararlı olum, mənə bəslənən ümidləri doğruldum. "Qəbələ" rəhbərliyinin, azarkeşlərimizin bu mövsüm üçün yüksək hədəfləri var, kollektivdən uğur gözləyirlər. Digər komanda yoldaşlarım kimi gücümü ortaya qoyub uğur qazanmaq üçün səy göstərəcəyəm. Artıq "Qəbələ"nin düşərgəsində məşqlərə başlamışam. İnanıram ki, ikinci yarının startına kimi istənilən səviyyədə olacağam".

Xəbər xətti