"Qışa lider kimi yollanmağımız bizə xüsusi heç nə vermir"

15:53 - 13 Yanvar 2014

Qara Qarayev:"İlk yarıda iddialılarla oyunlarda daha yaxşı oyun sərgiləsək də ..."
 
"Qarabağ"ın Antalyada təlim-məşq toplanışı davam edir. 
 
Sportal.az xəbər verir ki, artıq hazırlığın 5 gününü geridə buraxan komandadan Qara Qarayev klubun rəsmi saytına hazırlığı dəyərləndirib:
"Təlim-məşq toplanışımızn gözlədiyimiz ruhda davam edir. Bütün komanda məşqlərdə var-gücüylə çalışır. Sevindirici haldır ki, zədəlimiz yoxdu. Sadəcə Rəşaddır ki, kapitan da artıq fərdi də olsa məşqlərə başlayıb. Bilirik ki, bizi çətin 2-ci yarı gözləyir. Qışa lider kimi yollanmağımız bizə xüsusi heç nə vermir. Düzdü, hələki hər kəsdən çox xal toplamağımız yaxşıdı. Amma, bu da var ki, qışdan sonra daha çətin olacaq. Xususilə, ilk yarıda iddialılarla oyunlarda daha yaxşı oyun sərgiləsək də, digər rəqiblərə qarşı oyunlarda gözlənilməz xal itkiləriylə qarşılaşdıq. İndi rəqiblər bizə qarşı daha yaxşı hazırlaşacaqlar.Ona görə də başa düşürük ki, indiki məqamda çempionata yaxşı hazırlaşmağımız necə vacibdir. Hər kəsin bunu yaxşı anlayır. Hər kəs öz işini görür. Hələ 2 həftə burdayıq. Təlim-məşq toplanışından maksimum yararlanmaq istəyirik."

Xəbər xətti