"Qırmızı-qaralar" Qazaxıstan təmsilçisinə şans vermədi
Hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ" toplanış çərçivəsində ikinci sınaq oyununu keçirib.
Sportal.az xəbər verir ki, "Qırmızı-qaralar" Qazaxıstan təmsilçisi "Tobol"la yoxlama oyunu keçirib.
Matç ilk hissəsi "Qəbələ"nin açıq üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi "qırmızı-qaralar" fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar. 18 dəqiqədə Daniel Subotiçin, 23-cü dəqiqədə isə Viktor Mendi rəqibi məyus edib.