"Barselona" müdafiəçisi ilə müqavilə uzadacaq

15:31 - 14 Yanvar 2014

Pike daha üç il "Barsa"da
 
“Barselona” təcrübəli yarımmüdafiəçisi Jerard Pike ilə yeni müqavilə bağlayacaq.
 
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı futbolçusu ilə müqavilənin vaxtını 2018-ci ilə qədər uzadacaq.
 
Bununla da, hazırki anlaşması 2015-ci ildə başa çatacaq futbolçu daha 3 il komandasına xidmət edəcək. Yeni müqaviləyə əsasən o, illik 7 milyon avro maaş alacaq.
 
2008-ci ildə “Mançester Yunayted”dən “Barselona”ya transfer olunan Pike bir çox nəhəng klubun hədəfindədi.

Xəbər xətti