Sadiq Quliyev və Rail Məlikov komandadan ayrı çalışıb
2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın onuncu gününü 2 məşqlə yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.
Günün ilk yarısında əsasən yüngül fiziki məşqlərə, ikinci hissəsində isə toplu çalışmalara üstünlük verilib. Günə ikitərəfli oyunla yekun vurulub. Sadiq Quliyev və Rail Məlikov komandadan ayrı çalışıb.
saytlarin hazirlanmasi