Komanda hazırlığını davam etdirir
	 
	Qış hazırlığını davam etdirən "Simurq"un əvəzedici komandası növbəti yoxlama oyununa çıxıb. 
	 
	Sportal.az xəbər verir ki, komanda 1-ci divizion təmsilçisi "Turan-T"-nin qonağı olub. 
	Rövşən Babayevin yetirmələri qarşılaşmadan 2:1 hesabıyla qalib ayrılıb. Zaqatala təmsiçisinin qollarını 35-ci dəqiqədə Asim Babazadə və 47-ci dəqiqədə Osman Qurbanov vurub. 
	Qeyd edək ki, bundan öncə "Simurq" "Kəpəz"lə görüşdə gücünü sınaqdan keçirmişdi və oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
                      
saytlarin hazirlanmasi