"Barsa" şokda: Ulduz futbolçu sıradan çıxdı

12:53 - 17 Yanvar 2014

Neymarın ayaqbiləyi burxulub
 
“Barselona”nın ulduz futbolçusu Neymar İspaniya kubokunun 1/8 finalındakı “Xetafe” ilə matçda ciddi zədə alıb.
 
Sportal.az xəbər verir ki, oyunun 22-ci dəqiqəsində ayaq biləyi burxulan braziliyalı mübarizəyə davam edə bilməyib və Aleksis Sançeslə əvəzlənib. 
 
Sağ ayağından xəsarət alan forvardın vəziyyəti ilə bağlı tibbi müayinədən sonra dəqiq məlumat veriləcəyi deyilir.
 
 
 

Xəbər xətti