"Revanş görüşünə kimi tam hazır olacam"

21:15 - 17 Yanvar 2014

Məmmədov:"Güman edirəm ki, bu yaz aylarına təsadüf edəcək"
 
"Hazırda Antalyada məşqlərimi davam etdirirəm. Bildiyiniz kimi, Qəbələdə almaniyalı Mattias Pelkə qarşı keçirdiyim döyüşdən öncə ağır zədə almışdım. Qabırğam sınmışdı. Müayinədən keçdim, həkimlər mənə müalicə almağı və bərpa olunmağı tapşırdılar. Antalyadakı məşqlərim əsasən bərpa yüklüdür. Həkim nəzarətində yüngül məşqlər edirəm, fitnes salona və üzgüçülük hovuzuna gedirəm. Hazırda özümü yaxşı hiss edirəm. Hesab edirəm ki, revanş döyüşünə kimi tam hazır olacam".
 
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycanı və "Qəbələ"ni peşəkar boksda təmsil edən Fariz Məmmədov klubun rəsmi saytına açıqlamasında deyib.
 
Hazırda Antalyada bərpa prosesi keçən boksçu revanş döyüşünün vaxtının yanvar ayının sonunda dəqiqləşəcəyini bildirib:
 
"Bu ayın sonuna kimi durumum barədə Dünya Boks Qurumuna (WBO) məlumat verməliyəm. Onlara sənədləşdirilmiş formada son həkim müayinəsinin cavablarını göndərməliyəm. Müayinənin nəticələrinə əsasən döyüşün vaxtı müəyyənləşdiriləcək. Güman edirəm ki, bu yaz aylarına təsadüf edəcək".

Xəbər xətti