Əvəzedcilər bu gün Antalyaya yollanır
	 
	Mövsümün ikinci yarısının hazırlıqlarına Qəbələdə start verən əvəzedicilərdən ibarət komanda təlim-məşq toplanışının ilkin mərhələsini yekunlaşdırıb.
	 
	Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın növbəti toplanışı isə Antalyada baş tutacaq. Yanvarın 19-u Antalyaya yollanacaq əvəzedicilər Belek bölgəsində "Papilion Zeugma" otelində məskunlaşacaq. Antalya toplanışı yanvarın 27-dək davam edəcək.  "Qırmızı-qaralar" toplanış çərçivəsində yanvarın 21-də "Yonsey" (Cənubi Koreya), 23-də Kuveytin U-21 yığması, yanvarın 25-də isə "Şaxtyor"un (Ukrayna) əvəzedici komandası ilə üz-üzə gələcək.  
                      
saytlarin hazirlanmasi