La Liqada növbəti dəfə baş məşqçi qovuldu

12:03 - 20 Yanvar 2014

"Betis" Qarrido ilə yollarını ayırdı
 
La Liqa təmsilçisi "Betis" bu mövsüm ikinci dəfə baş məşqçisini qovub.
 
Sportal.az xəbər verir ki, komanda "Real"a (Madrid) 0:5 hesabı ilə məğlub olduğu üçün baş məşqçi Xuan Karlos Qarrido ilə yolları ayırıb. Bu barədə klubun prezidenti Miqel Qulyen açıqlamasında deyib.
 
Xatırladaq ki, rəhbərlik bundan əvvəl Pep Meli istefaya göndərmişdi.
 
Qeyd edək ki, "Betis" hazırda ölkə çepionatının turnir cədvəlində 11 xalla sonuncu pillədədir.

Xəbər xətti