"Qəbələ" "Spartak"la bacarmadı

00:07 - 21 Yanvar 2014

Leonardo komandasını xilas etdi
 
Dünən “Qəbələ” Antalya toplanışı çərçivəsində dördüncü yoxlama oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, Yuri Syominin yetirmələri Qazaxıstan “Spartak”ı ilə qarşılaşıb. bu qarşılaşmada tərəflər hərəyə bir qol vurmaqla yadda qalıb.
 
Qeyd edək ki, “radarlar” əvvəlki üç yoxlama oyununda Türkiyənin “Maltepe” (1:1), Qazaxıstanın “Tobol” (2:1) və Türkiyənin “Konyaspor” (2:4) komandaları ilə qarşılaşıb.
 
“Qəbələ” - “Spartak” (Qazaxıstan) 1:1 (0:0)
Qol: Leonardo, 66, pen. 

Xəbər xətti