Komanda ilk oyununda məğlub oldu
	 
	“Qəbələ”nin əvəzedici heyəti Türkiyədə mövsümün ikinci yarısına hazırlığı davam etdirir.
	 
	Sportal.az xəbər verir ki, Lusi Araqonun yetirmələri Moskva “Lokomotiv”inin gənclərdən ibarət komandasına məğlub olub (0:2).
	 
	Qeyd edək ki, moskvalıların iki qol vurduğu ikinci hissədə “radarlar” artıq 19 yaşa qədər futbolçularla mübarizə aparırdılar.
	 
	Komanda növbəti oyunu yanvarın 23-də Küveytin gənclərdən ibarət yığmasına (U-21) qarşı keçirəcək.
                      
saytlarin hazirlanmasi