"Simurq" oyun saatını gözləyir FOTOLAR

14:41 - 22 Yanvar 2014

İlkin Qırtımov məşqlərə başladı
 
Antalya hazırlığı çərçivəsində “Simurq” bu gün növbəti yoldaşlıq görüşünə çıxacaq.
 
Sportal.az xəbər verir ki, bu dəfə "Simurq"un rəqibi Çinin "Şanxay Şenxin" klubu olacaq.
 
Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.
 
Komanda isə ötən gün bir məşqə çıxıb. Zədə səbəbindən bir neçə gündür hazırlıqlarda iştirak etməyən İlkin Qırtımov artıq çalışmalara başlayıb. "Yanq Afrikans"la görüşdən öncə, belində ağrılar olan və bu səbəbdən oyuna çıxmayan Draqan Çeran bu məşqdə də iştirak etməyib. 
 
"Simurq" transfer çalışmalarını da, davam etdirməkdədir. Dünəndən düşərgəyə baxış üçün daha bir futbolçu qoşulub. Bu belçikalı yarımmüdafiəçi Benjamin Lambotdur. 26 yaşlı futbolçu bugünkü yoldaşlıq görüşündə forma geyinəcək. Onun haqqında son qərarı isə məşqçilər korpusu verəcək.
 

Xəbər xətti