Ruslan Abışov bu dəfə 45 dəqiqə oynadı

17:09 - 22 Yanvar 2014

"Rubin" hazırlıqlarını davam etdirir
 
Antalyada təlim-məşq toplanışında olan “Rubin” bu gün növbəti yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Kazan təmsilçisinin rəqibi Bolqarıstan çempionu “Luqodorets” olub.
 
1:1 hesabı ilə yekunlaşan bu oyunda Azərbaycan millisinin futbolçusu Ruslan Abışov da iştirak edib. O, 46-cı dəqiqədə Kuzminin əvəzinə oyuna daxil olub və ikinci hissəni bütünlükdə meydanda keçirib.
 

Xəbər xətti