"Simurq" "Şanxay"la sülh bağladı

20:28 - 22 Yanvar 2014

Zaqtala təmsilçisi hələlik naməğlubdur
 
Antalyada təlim-məşq toplanışını davam etdirən "Simurq" bu gün növbəti yoxlama oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisi Çinin "Şanxay Şenhua" klubu ilə qüvvəsini sınayıb. Oyunda hesab açılmayıb. Vaxtilə Didye Droqba kimi futbolçunun çıxış etdiyi bu klub hazırda ölkə çempionatında 7-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, "Simurq" toplanış çərçivəsində Almaniyanın "Felbert" (1:0) və Tanzaniyanın "Yanq Afrikans" (2:2) klubları ilə sınaq matçı keçirib.

Xəbər xətti