"Simurq" sülhə razılaşdı
Antalyada qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoldaşlıq görüşündən komandamız qolsuz heç-heçə ilə ayrılıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Simurq”un rəqibi Çinin “Şanxay Şensey” klubu olub. Side bölgəsində yerləşən “Emirxan” otelinin meydançasında keçirilən matçda Zaqatala təmsilçisi oyun ərzində bütün üstünlüyü əlində saxlasa da, yaratdığı qol imkanlarından yararlana bilməyib. Xüsusən də, Draqan Çeran, Patrik Osiako və Salif Ballo hesabı açmaq üçün çox yaxın olsalar da, sonuncu vuruşlarda dəqiq ola bilmədilər.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevində izlədiyi qarşılaşmaya komanda bu heyətlə çıxmışdı: Pavel Kapsa, Ruslan Poladov, İdan Veitzman, Anderson Oliveyra, Tural Axundov, Patrik Osiako, Bəşir Dominik, Rəşad Eyyubov, Stepan Polyak, Nicat Qurbanov və Draqan Çeran.
Nəticədə, Antalyada üçüncü yoldaşlıq görüşündə də məğlub olmayan “Simurq”, növbəti oyununu yanvarın 25-də keçiriləcək. 26-da isə ölkəyə dönəcək komanda, Topaz Premyer Liqasının 19-cu turunun hazırlıqlarını paytaxtda davam etdirəcək.
Təlim-məşq toplanışının proqramına uyğun olaraq “sarı-qaralar” sabah bir məşqə çıxacaq. Daha sonra isə məşqçilər korpusu yetirmələrinə istirahət verəcək.
saytlarin hazirlanmasi