Syomin: "Çempionatda uğur qazanmaq çətin olacaq"

11:46 - 23 Yanvar 2014

Baş məşqçi "Volqa" ilə oyuna şərh verdi
 
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin yoxlama oyununda “Volqa” ilə heç-heçəyə şərh verib.
 
Sportal.az xəbər verir ki, Syomin bunları söyləyib:
 
“Bu gün komanda müdafiədə yaxşı oynadı və qol buraxmadı. Bir neçə qol vəziyyəti yaratdıq, yararlanmadıq. Zədəli Subotiç və Ebesilionu nəzərə almasaq, heyət optimal idi. Subotiçin üçüncü dövrənin başlanmasına qədər formada olacağına ümid edirəm. Müdafiədə problemləri həll etməsək, çempionatda uğur qazanmaq çətin olacaq. Bu gün Tağızadə və Qurbanovun oyununu qeyd edərdim”.

Xəbər xətti