"Dənizlispor"da maaşlar verilmir
Azərbaycanlı futbolçu Saşa Yunisoğlunun şərəfini qoruduğu "Dənizlispor" klubundakı oyunçuların hamısı dünən axşam məşqində iştirak etməyib.
Sportal.az Türkiyə mətbuatıbna istinadən xəbər verir ki, klub futbolçuların maaşını vermədiyi üçün onlar belə bir addım atıb. Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular bu gün rəhbərliklə görüşəcək. Əgər yenə də onlara veriləcək gəlir ödənilməsə, oyunçular məşqləri boykot etməyə davam edəcəklər.
"Dənizlispor"un baş məşqçisi Özcan Bizatidə futbolçularına dəstək verərək pulların ödənilməsini istəyib: "Rəhbərlik də maaşları vermək üçün çalışır. İnşallah bu problem tezliklə həll olunar".
Qeyd edək ki, ötən ilin may ayında da futbolçuların pulları vaxtında verilmədiyi üçün oyunçular etiraz tədbiri keçirmişdilər.
saytlarin hazirlanmasi