Yunisoğlu "Dənizlispor"dan ayrılır
Azərbaycan milli komandasının sabiq üzvü Saşa Yunisoğlu Türkiyə birinci divizionunda mübarizə aparan “Dənizlispor”dan ayrılacaq.
Sportal.az xəbər verir ki, dünən maddi məsələlərə görə məşqi boykot edən oyunçular arasında yer alan Saşa klubdan birdəfəlik getmək istəyir.
Bu barədə “Denizlispor.biz” səhifəsi məlumat yayıb. Məlumatda bildirilir ki, maddi sıxıntılara görə, əsas heyət üzvlərini itirən Dənizli klubu Saşanı da heyətdə saxlaya bilməyəcək.
saytlarin hazirlanmasi